“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Estoniya “Payde”si ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nəticə heç də oyuna görə olmayıb.
Belə ki, təmsilçimiz son dəqiqələrdə buraxdığı qolla 0:1 hesabı ilə uduzsa da, oyun baxımından daha üstün nəzərə çarpıb. Qol vəziyyətlərinin sayı belə deməyə əsas verir. Təmsilçimizin 10 cəhdi fonunda meydan sahibləri ümumilikdə 7 zərbə ilə yadda qalıblar.
Payde – Zirə
Qollar – 1:0
Zərbələr – 7:10
“Çərçivə”yə zərbələr – 5:5
“Çərçivə”yə düşməyən zərbələr – 2:4
Bloklanan zərbələr – 0:1
Künc zərbələri – 7:3
Oyundankənar vəziyyət – 0:2
Sarı vərəqələr – 2:1
Cərimə zərbələri – 14:18
