Dünya futbolu

Ziyeşin yeni komandası bəlli oldu

komandası
Səs süni intellektlə yaradılıb.

Mərakeş millisinin üzvü Hakim Ziyeş Braziliyanın “Botafoqo” komandasına transfer olunub.

Futbolinfo.az Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Yarımmüdafiəçinin son klubu Mərakeşin “Vidad” komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 matça çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin “Əl-Duhail”, Türkiyənin “Qalatasaray”, İngiltərənin “Çelsi”, Niderlandın “Ayaks”, “Tvente” və “Herenven” klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 dəfə fərqlənib.

Shares: