Digər idman növləri

Kondruseviç “Naxçıvan”ın baş məşqçisi təyin edildi

Georgi Kondruseviç
Səs süni intellektlə yaradılıb.

“Naxçıvan” basketbol komandasının baş məşqçisi açıqlanıb.

Bu barədə Futbolinfo.az-a klubdan məlumat verilib.

Belarusdan olan Georgi Kondruseviçlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Mütəxəssis son olaraq ölkəmizdə “Lənkəran” komandasında işləyib. O, 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.

Shares: