Digər idman növləri

Blogerlər aranı qatdı: “Bura əsl zooparkdır”

Adrian Mannarino
Səs süni intellektlə yaradılıb.

“US Open” turnirinin fərdi yarışında ikinci mərhələyə qədər irəliləyən fransalı tennisçi Adrian Mannarino azarkeşlərin davranışından narazılığını bildirib.

O, turnir zamanı tamaşaçıların oyun davam edərkən tribunalar arasında hərəkət etməsinə icazə verilməsini tənqid edib: “Tamaşaçılara oyunlar zamanı tribunalar arasında hərəkət etməyə icazə verilir. Təşkilatçılar buna dözür və bunun ümumilikdə tennis üçün yaxşı olub-olmadığını bilmirəm. Kortlarda marixuana qoxusu hiss olunur, hər yerdə səs-küy var. Düzünü desəm, bura əsl zooparkdır”.

Qeyd edək ki, daha əvvəl “US Open” təşkilatçılarının turnir üçün 100 sosial şəbəkə blogerlərinə akkreditasiya verdiyi məlum olub. Onların davranışı yarışların gedişinə mane olub və hətta Naomi Osakanın matçının yarımçıq dayandırılmasına səbəb olub. Məhz bundan sonra “Uimbldon” rəhbərliyi gələn ildən blogerlərə akkreditasiya verməmək qərarına gəlib.

Shares: