Müsahibə

Dambrauskas: “Sabah”la öncədən əlaqələrim var idi”

Dambrauskas
Səs süni intellektlə yaradılıb.

“Hər gün futbolda çalışmaq arzumun gerçəkləşməsindən, müxtəlif ölkələrdə yaşamaq və zəngin tarixə, ənənələrə malik futbol klublarına rəhbərlik etmək imkanından zövq alıram”. Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Litvalı mütəxəssis hələ “Sabah”ın “sükanı arxasına” keçməzdən əvvəl bu klubla təmaslarının olduğunu bildirib: “Sabah”da işləməyə başlamazdan təxminən iki il əvvəl klubla əlaqə saxlayırdım. Uğur üçün təməl artıq mövcud idi. “Sabah” gənc klub olsa da, çox sürətlə inkişaf etdi. Bu, dəyərlər, etimad və hörmət üzərində qurulan klubdur. Prezidentindən tutmuş meydançanın baxıcısına qədər hər kəs eyni istiqamətdə çalışır”.

Qeyd edək ki, “Sabah” ötən mövsüm Valdas Dambrauskasın rəhbərliyi altında tarixində ilk dəfə Azərbaycan çempionluğunu qazanıb, eyni zamanda ölkə kubokuna yiyələnib. Bakılılar bu mövsüm isə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Komanda Liqa mərhələsinin ilk turu çərçivəsində bu gün İngiltərə nəhəngi “Mançester Yunayted”in qonağı olacaq.

Shares: