Dünya futbolu

Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb

Q81JqfsYrq5A6UyTHoLOAPzTavivHKX3i8ldpm8T 1200 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Real”ın qolkiperi Tibo Kurtua Belçika millisindəki çıxışını müvəqqəti dayandırıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə yerli mətbuata açıqlamasında deyib.

O, Millətlər Liqasının matçlarında oynamaq istəmədiyini, yalnız baş məşqçinin zədələr səbəbindən kadr problemi ilə üzləşəcəyi təqdirdə istisna hal kimi komandaya kömək edə biləcəyini bildirib.

Təcrübəli oyunçu bu qərarın yığmanın “dördlər finalı”na vəsiqə qazanacağı təqdirdə belə, həmin mərhələdə də çıxış etməyəcəyi mənasına gəldiyini əlavə edib.

Bununla yanaşı, təcrübəli qolkiper Avropa çempionatının seçmə mərhələ matçlarında iştirak etməyə hazır olduğunu da bildirib. Qolkiper heyətdəki yeri uğrunda mübarizə aparmaq və yenidən birinci qolkiper olduğunu sübut etmək istədiyini vurğulayıb.

Shares: