Digər idman növləri

Azərbaycan millisinin üzvü “Turan”da!

Yelizaveta Ruban
Səs süni intellektlə yaradılıb.

Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban “Turan” kollektivinə transfer olunub.

Bu barədə Futbolinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hücumçu yeni mövsümdə Tovuz təmsilçisinin heyətində həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında mübarizə aparacaq.

Karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edən Yelizaveta Ruban bir sıra mühüm uğurlara imza atıb.

31 yaşlı voleybolçu son olaraq Rusiyanın “Leninqradka” kollektivində çıxış edib.

Shares: