Azərbaycan kubokunda 2026/27 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, mərasim 18 sentyabr tarixində baş tutacaq.
Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Saat 13:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2026/27 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.
Azərbaycan kubokunun 2026/27 mövsümündə 34 komanda iştirak edəcək.

