Digər idman növləri

“Gəncə”nin baş məşqçisinin köməkçilərindən biri məlum oldu

Davit Korcadze
Səs süni intellektlə yaradılıb.

“Gəncə” basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub.

Klubdan Futbolinfo.az-a verilən məlumata görə, bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində “Batumi” və “Burji” klublarında fəaliyyət göstərib.

Shares: