Milli komanda

Azərbaycan millisi Moldovaya məğlub oldu

gənclər futbolunda oyun formatları
Səs süni intellektlə yaradılıb.

17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.

Bu barədə Futbolinfo.az-a AFFA-dan məlumat verilib.

Kişinyov şəhərində yerləşən “Technical Center of FAM”da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.

Shares: