Dünya futbolu

“İnsanlar komanda mükafatından çox “Qızıl top” barədə düşünür”

523a6e06 fc93 4050 8741 20958f7714ed - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

O, “Real”ın hücumçusu Kilian Mbappenin mükafatı özünə verəcəyini deməsinə münasibət bildirərək, fransalının özünə güvənən futbolçu olduğunu deyib: “Mbappe çox qol vurub, müəyyən məqamlarda yaxşı oyun göstərib. Amma “Qızıl top”u kimin qazanacağını soruşsanız, öz adını çəkəcək. Mən bununla razı deyiləm və bu mükafatın mütləq ona verilməli olduğunu düşünmürəm”.

Umtiti həmçinin “Qızıl top” mərasimini sərt tənqid edib: “Bu mərasim artıq mənasını itirib və futbol kimi komanda idmanına böyük zərər vurur. İnsanlar komanda mükafatlarından daha çox “Qızıl top”u necə qazanacaqları barədə düşünürlər. Biz yenə statistikadan danışırıq, amma futbol yalnız statistikadan ibarət deyil”.

Fransalı müdafiəçi əlavə edib ki, Lionel Messi və Kriştianu Ronaldonun dövründən sonra “Qızıl top”un təqdimat mərasimini izləmir.

Shares: