“Sabah”ın yeni transferi Karlos Eduardo klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu keçidi ilə bağlı bunları deyib: “Mən də bu ailənin bir parçasıyam. Burada olduğum üçün çox xoşbəxtəm və bu forma ilə ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm”.
“Sabah” Eduardonu Portuqaliyanın “Jil Visente” klubundan icarəyə götürüb. Anlaşmada gələn yay yarım milyon avro qarşılığında birdəfəlik satınalma haqda bənd var.

