UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çrçivəsində bu gün daha 6 qarşılaşma keçiriləcək.
Dünən startı verilən yarşıda bu dəfə “Liverpul” – “Atletiko” və “Napoli” – “Arsenal” kimi maraqlı duellər var.
Günün ilk oyunları Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Həmin vaxt “Barselona” “Feyenoord”u, “Ştutqart” isə “Vikinq”i qəbul edəcək. Gecə matçları içində “Sportinq” – “Qalatasaray” görüşü azarkeşlər üçün daha maraqlıdır.
Azərbaycan təmsilçisi “Sabah” sentyabrın 10-da “Mançester Yunayted”in qonağı olacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
20:45. Barselona (İspaniya) – Feyenoord (Niderland)
20:45. Ştutqart (Almaniya) – Vikinq (Norveç)
23:00. Liverpul (İngiltərə) – Atletiko (İspaniya)
23:00. PSJ (Fransa) – Slovan (Slovakiya)
23:00. Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə)
23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)

