“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub.
Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “İnter”ə qarşı keçirilən matçda Mbappe 14-cü dəqiqədə hesabı açıb. Hücumçu üçün bu qol turnir tarixində 71-ci olub. Mbappe ispan futbolçu Raula çatıb.
Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri portuqaliyalı Kriştianu Ronaldudur – onun hesabında 140 qol var. İkinci yerdə argentinalı Lionel Messi (129), üçüncü polyak Robert Levandovski (109), dördüncü isə fransalı Kərim Benzemadır (90).

