Premyer Liqa

“Sabah” yeni transferi rəsmən açıqladı

Karlos Eduardo
Səs süni intellektlə yaradılıb.

“Sabah” heyətinə daha bir futbolçu qatıb. Bu barədə klub məlumat yayıb.

Gözlənildiyi kimi, braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb. İcarə müqaviləsində “Sabah”ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.

Shares: