Digər idman növləri

Asiyalılara aman vermədilər

7bc30b82 b099 444c 86d8 af350394067e - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Almaniyanın paytaxtı Berlində təşkil olunan qadınlar arasında basketbol üzrə dünya çempionatında pley-in mərhələsinin oyunları keçirilir.

Günün ilk matçında Macarıstanla Yaponiya milləri üz-üzə gəlib. Qarşılaşma tamamilə Avropa təmsilçisinin üstünlüyü şəraitində keçib. İlk periodu 20:12 hesabı ilə öndə başa vuran macarlar növbəti bölümdə təzyiqi azaltsalar da, fasiləyə 3 xal fərqilə öndə yollanıb. İkinci hissədə “gündoğar ölkə”nin komandası ümumiyyətlə rəqibinə müqavimət göstərə bilməyib. Bu hissədə Macarıstan basketbolçuları kəsərli hücumlarla yanaşı, inamlı müdafiəsi ilə də diqqət çəkib. Yekunda 84:63 hesabı qeydə alınıb.

Günün digər oyununda da böyükhesablı qələbə qeydə alınıb. Meydan sahibləri Almaniya millisi daha bir Asiya  təmsilçisi Cənubi Koreyanın müqavimətini asanlıqla qırıb. Təsadüfi deyil ki, almaniyalılar ilk hissəni 17 xal fərqilə öndə başa vurub. Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Maraqlıdır ki, asiyalılar 4 periodun heç birində 16 xal səddini aşa bilməyib. Beləliklə də, Cənubi Koreya komandasını 94:56 hesabı ilə darmadağın edən Almaniya millisi 1/4 finala yüksəlib.

Shares: