Polşanın “Rakuv” klubunda yeni baş məşqçi təyinatı olub. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi komanda Tomaş Kaçmareklə 3 illik müqavilə imzalayıb.
Kaçmarek bu mövsümün əvvəlindən Ekstraklasa təmsilçisi “Radomyak Radom”u çalışdırırdı.
Qeyd edək ki, ilk 6 turun nəticələrinə əsasən “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib. Mahir isə bu mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11 oyunda 6 qol vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.

