Dünya futbolu

Messinin yeni klubu

klubu
Səs süni intellektlə yaradılıb.

Lionel Messi İspaniyanın ikinci liqasında çıxış edən “Eldense” klubunun sahibi olacaq.

“AS”ın məlumatına görə, argentinalı ulduzun hüquqşünasları kolumbiyalı investor Xuan Karlos Truxilyonun rəhbərlik etdiyi TH investisiya qrupu ilə bir müddətdir danışıqlar aparırdı. Tərəflər prinsipial razılığa gəliblər və Messi klubun əsas səhmdarı olacaq.

Sövdələşmənin baş tutması üçün İspaniya Ali İdman Şurasının (CSD) icazəsi tələb olunur. Messi layihədə yeganə investor kimi çıxış edir və digər biznes tərəfdaşları və ya keçmiş futbolçular prosesə cəlb olunmayıb.

Tərəflərin razılaşmanı yaxın günlərdə rəsmən elan edəcəyi gözlənilir. Beləliklə, Messi İspaniyada peşəkar futbol klubuna sahib olan ilk argentinalı olacaq.

Shares: