UEFA Çempionlar Liqasında əsas mərhələnin 1-ci turunun növbəti matçları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Türkiyə təmsilçilərindən “Qalatasaray” Portuqaliyada “Sportinq”in qonağı olub.
Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə gerçəkləşib. “Liverpul” doğma azarkeşləri önündə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.
“Barselona” isə “Feyenoord”la ev oyununda darmadağına sevinib.
Xatırladaq ki, Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq. Azərbaycan çempionu “Sabah” İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
9 sentyabr
“Barselona” (İspaniya) – “Feyenoord” (Niderland) 5:1
“Ştutqart” (Almaniya) – “Vikinq” (Norveç) 3:1
“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 2:1
“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:1
PSJ (Fransa) – “Slovan” (Slovakiya) 6:1
“Sportinq” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) 3:1

