Ölkə futbolu

“Potensialımızı bütün dünyaya göstərmək istəyirik”

17889842376204934026 1200x630 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Sabah”ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında danışıb.

Təcrübəli forvard İngiltərədə baş tutacaq sınaq öncəsi özlərinə inamlarının tam olduğunu vurğulayıb (AZƏRTAC): “Meydanda öz futbolumuzu sərgiləməyə çalışacağıq. Bizi necə çətin bir qarşılaşmanın gözlədiyinin tam fərqindəyik. Baş məşqçimizin də qeyd etdiyi kimi, artıq Çempionlar Liqasındayıq. Daha əvvəl avrokuboklarda iştirak təcrübəmiz olmasa da, potensialımızı göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya göstərmək istəyirik”.

Shares: