Dünya futbolu

Zubir müqavilə bağladı

Abdulla Zubir
Səs süni intellektlə yaradılıb.

Səudiyyə Ərəbistanın “Əl-Oruba” klubu Abdulla Zubirlə müqavilə imzalndığını rəsmən açıqlayıb. Bu barədə aşağı liqa təmsilçisi rəsmi məlumat yayıb.

“Qarabağ”ın fransalı sabiq yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

Dünən Fransa mediası dünən Zubirin “Əl-Oruba”ya keçidində problem yarandığını, maliyyə məsələlərinə görə onun transferinin federasiyada təsdiqlənmədiyi barədə xəbər yaymışdı. Problem son anda aradan qaldırılıb.

Zubir müqavilə bağladıqdan sonra hətta yeni komandasında debüt də edib. “Əl-Rabiya”ya qarşı matçda (2:2) o, sonradan meydana çıxıb.

Shares: