Digər idman növləri

Ardıcıl ikinci qələbə

Ardıcıl ikinci
Səs süni intellektlə yaradılıb.

“Vuelta” velosiped yarışında 17-ci mərhələ başa çatıb.

Dos-Ermanasdan Sevilyaya qədər uzanan 185 kilometrlik məsafənin qalibi “Visma” komandasının britaniyalı velosipedçisi Mettyu Brennan olub. O, yürüşü 4 saat 7 dəqiqə 15 saniyəyə başa vuraraq ardıcıl ikinci mərhələdə finişə hamıdan tez çatıb. “Red Bull” komandasının belçikalı üzvü Yordi Meys eyni vaxt göstəricisi ilə ikinci, “Uno-X Mobility”nin danimarkalı velosipedçisi Maqnus Kort isə üçüncü olub.

17-ci mərhələdə ümumi təsnifatın liderləri də vaxt göstəricisinə görə finişə birlikdə çatıblar. “Red Bull”un sloveniyalı üzvü Primoj Roqliç 36-cı, “Movistar”ın ispaniyalı velosipedçisi Enrik Mas 37-ci, “Decathlon”  komandasının avstriyalı nümayəndəsi Feliks Qall isə 49-cu olub.

Ümumi təsnifatda Enrik Mas 56 saat 2 dəqiqə 29 saniyəlik göstərici ilə liderliyini qoruyur. Feliks Qall ispaniyalı velosipedçidən 2 dəqiqə 6 saniyə, Primoj Roqliç isə 2 dəqiqə 10 saniyə geri qalaraq müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıb.

Shares: