Digər idman növləri

Yarımfinalçılar müəyyənləşdi

4f207534 84e8 4cae ac18 18efbcf27ffb - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“US Open” turnirində kişilərin yarışında 1/4 final mərhələsinə yekun vurulub.

ATP reytinqində 2-ci pillədə qərarlaşan Aleksandr Zverev niderlandlı Botik van de Zandsxulpla qarşılaşıb. 2 saat 16 dəqiqə davam edən görüşdə almaniyalı tennisçi ciddi müqavimətlə üzləşməyib. İlk setdə Aleksandr rəqibinə cəmi 2 geym qazanmağa imkan verib. İkinci bölümdə Botik bir qədər fəallığı artırıb. Amma bu hissədə “Rolan Qarros” turnirinin hazırkı qalibi van de Zandsxulpa sevinməyə imkan verməyib – 7:5. Son hissədə də niderlandlı raketka ustası Aleksandrın kəsərli zərbələrinin qarşısında aciz qalıb. Bu dəfə 6:1 hesabı qeydə alınıb. Zverevə qələbə üçün 8 eys və 5 breyk kifayət edib.

Qadınların 1/4 finalında Mirra Andreyeva ilə Koko Qauff üz-üzə gəlib. 2 saat 21 dəqiqə davam edən matçda azarkeşlər maraqlı mübarizəyə şahidlik edib. İlk setdə rusiyalı tennisçi amerikalı rəqibindən 6:2 hesabı ilə üstün olub. Fasilədən sonra oyunun ssenarisi dəyişib. 2-ci hissədə təzyiqi artıran Koko tay-brekdə tarazlığı bərpa edib. Həlledici setdə isə Qauff “Rolan Qarros”un hazırkı qalibini 6:2 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Görüş ərzində ABŞ təmsilçisi 5 breyk imkanı qazanıb və bunların 4-dən yararlana bilib.

Yarımfinalda Qauffun rəqibi Yelena Rıbakina olacaq. Qazaxıstanlı tennisçi 1/4 finalda çinli Çjen Tsinveni mübarizədən kənarlaşdırıb. 2 saat 14 dəqiqə davam edən matçın ilk setində 3:6 hesabı ilə məğlub olan Yelena növbəti iki hissədə vəziyyəti öz xeyrinə dəyişib – 6:1, 6:4. Beləliklə də, karyerasında ilk dəfə “US Open”in yarımfinalına yüksələn Yelena həm də növbəti həftədən reytinqdə 1-ci sıraya yüksələcək.

Shares: