Dünya futbolu

“Yuventus”un futbolçusu 6 aylığa sıradan çıxıb

Manuel Lokatelli
Səs süni intellektlə yaradılıb.

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatellinin uzun müddət yaşıl meydanlardan kənarda qalmaq ehtimalı var.

Futbolinfo.az xəbər verir ki, A Seriyasının son turunda – “Milan”la oyunda (1:1) zədələnən italiyalı futbolçunun durumunun ciddi olduğu müəyyənləşib. Müayinələr zamanı onun meniskində ağır zədələnmə aşkarlanıb.

Lokatellinin bərpa müddəti ilə bağlı ən pis ehtimallar özünü doğruldub. 28 yaşlı futbolçunun əməliyyat olunması dəqiqdir. Onun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

İtaliya millisinin üzvü cari mövsümdə “Yuventus”un heyətində 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Shares: