Dünya futbolu

“Olimpiakos”da yeni baş məşqçi

yeni baş məşqçi
Səs süni intellektlə yaradılıb.

Yunanıstanın “Olimpiakos” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssis İmano Alquasil komandanın yeni baş məşqçisi təyin edilib. Onunla bağlanacaq müqavilə və digər detallar açıqlanmayıb.

Alquasil 2018–2025-ci illərdə “Real Sosyedad”ı çalışdırıb. Onun rəhbərliyi altında komanda 330 matça çıxıb (158 qələbə, 82 heç-heçə, 95 məğlubiyyət).

“Real Sosyedad” 2019/20 mövsümündə onun rəhbərliyi altında İspaniya Kubokunu qazanıb.

İspaniyalı mütəxəssis bu vəzifədə həmyerlisi Xose Luis Mendilibarı əvəz edib.

Shares: