Massimiliano Alleqri Bakıya gəlməyə bilər. İtaliyalı mütəxəssisin uğursuz işi onun tezliklə istefaya göndərilməsi ehtimalını artırıb.
Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasının ilk turunda “Arsenal”a məğlubiyyət “Napoli” rəhbərliyinin səbr kasasını daşırıb. Bu, neapolluların ardıcıl 3-cü yenilgisidir və A Seryasında da start uğursuz alınıb.
Mövsümün əvvəlində İtaliya klubuna təyinat alan məşqçi tezliklə vəziyyəti düzəltməsə, istefaya göndəriləcək. Bu isə “Napoli”ni “Sabah”la Bakıdakı oyuna başqa bir mütəxəssisin gətirməsinə əbəb ola bilər.

