Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi tennis yarışlarının təqvimini açıqlayıb.
Reqlamentə əsasən, kişi və qadınların 64 idmançının mübarizə aparacağı təkbətək yarışları iyulun 20-də start götürəcək. 32 cütün iştirak edəcəyi cütlüklərin mübarizəsi isə bir gün əvvəl – iyulun 19-da başlanacaq.
Diqqətçəkən məqamlardan biri Uimbldon turnirinin finalı ilə Olimpiadada fərdi yarışların startı arasında müddətin cəmi üç gün olmasıdır.
Xatırladaq ki, Paris Olimpidasında kişilərdə serbiyalı Novak Cokoviç, qadınlarda isə çinli Çjen Tsinven çempion olub.
