“Nyukasl” “Monako”nun futbolçusu Aladji Bambanı transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Transfermarkt” portalı oyunçunun dəyərini 35,5 milyon avro qiymətləndirir. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.

A.Bamba “Monako”nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. Futbolçu həmin vaxtdan etibarən bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: