İkiqat olimpiya çempionu, hazırda fiqurlu konkisürmə üzrə məşqçi kimi çalışan Yevgeni Plyuşenko ilk dəfə yutub kanalı üçün müsahibə verdiyini açıqlayıb.
Plyuşenko teleqram kanalında bildirib ki, müsahibənin müəllifi azərbaycanlı musiqiçi və iş adamı Emin Ağalarovdur. Çəkilişlər Bakıda, Ağalarova məxsus otelin ərazisində aparılıb. Müsahibənin yayımlanacağı tarix hələ açıqlanmayıb.
Xatırladaq ki, bu ilin mayında Plyuşenkonun 13 yaşlı oğlu Aleksandrın beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəyi məlum olmuşdu. Bundan başqa, “Plyuşenkonun Mələkləri” akademiyasının daha bir neçə idmançısı da idman vətəndaşlığını dəyişib. Bu qərardan sonra Yevgeni Plyuşenko fiqurlu konkisürmə ictimaiyyəti və azarkeşlər tərəfindən sərt tənqid olunmuşdu.
