Bu gün “İmişli” ilə yoxlama oyunu keçirən “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:

“Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər. Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdu. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq”.

Shares: