Bu gün PFL-in Ümumi Yığıncağı keçirilib.
Futbolinfo.az xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Yığıncaqda növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkiləri baş tutub. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Tədbirdən hazırlanmış videoreportajı təqdim edirik:
