Joze Mourinyonun baş məşqçi postuna gəlişi bir çox oyunçunun taleyini dəyişə bilər. Portuqaliyalı mütəxəssis “Real”da bəzi islahatlar aparmaq niyyətindədr.
Futbolinfo.az xəbər verir ki, Brahim Dias əsas heyət üvü olmaq üçün bu təyinata ciddi önəm verir. Bir müddət öncə Madriddən ayrılıb “Yuventus”a keçməyi düşünən Mərakeş yığmasının üzvü fikrini dəyişib. O, Mourinyodan start heyətdə yer almaq üçün özünü göstərmək niyyətindədir.
Federiko Valverde isə İspaniyadan ayrılmaq qərarına gəlib. Uruqvay yığmasının üzvü “Real”ın məşqi zamanı Aurelian Çuameni ilə yaşadığı münaqişəni unuda bilmir. O, fransalı oyunçunun zərbəsindən sonra xəstəxanaya yerləşdirilməsi zamanı klubdan lazımi dəstəyi görmədiyini düşünür.
“Mançester Yunayted” vəziyyəti yaxından izləyir. Valverde getməyə qərar versə, ingilislər onun üçün İspaniya klubuna 100-120 milyon avroluq təklif göndərməyə hazırdır. Madridllər isə 3 illik müqaviləsi qalan Fedeni saxlamaqda qərarlıdır.





