“Şəfa” ilə danışıqlar mövsüm yekunlaşdıqdan sonra başladı. Klubun gələcək planları, qarşıya qoyulan hədəflər və mənə göstərilən münasibət qərar verməyimdə mühüm rol oynadı. Rəhbərlik və məşqçilər korpusu ilə söhbətlərdən sonra burada özümü daha rahat inkişaf etdirə biləcəyimi düşündüm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şəfa”nın yeni transferi Arsen Ağcabəyov deyib.
25 yaşlı müdafiəçi “Şəfa”ya keçidinin səbəblərindən danışarkən karyerasında yeni mərhələyə qədəm qoymaq istədiyini bildirib: “Karyeramda yeni çağırış axtarırdım. Hesab edirəm ki, “Şəfa” bu baxımdan mənim üçün doğru seçimdir. Buraya böyük həvəslə gəlmişəm və komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, bu keçid həm fərdi inkişafım, həm də gələcək karyeram baxımından mənə müsbət təsir göstərəcək”.
Arsen yeni mövsümlə bağlı hədəflərindən də söz açıb: “Komandamızın bu mövsüm Premyer Liqada rəqabətədavamlı çıxış edəcəyinə inanıram. Heyətdə keyfiyyətli futbolçular var və qarşıya qoyulan vəzifələr kifayət qədər ciddidir. Mən də öz növbəmdə hər məşqdə və oyunda maksimumumu verməyə çalışacağam. Məqsədim performansımı daha da yaxşılaşdırmaq, komandamın uğurlarına töhfə vermək və gələcəkdə yenidən milli komandanın diqqət mərkəzinə düşməkdir. Ümid edirəm ki, mövsüm ərzində yaxşı nəticələr qazanacağıq və birlikdə uğurlu bir il keçirəcəyik”.
GÜNAY SÜLEYMANOVA





