Avropa basketbolunda yeni turnirin yaradılması ilə bağlı müzakirələr davam edir. Məlumata görə, Avroliqa rəhbərliyi iki günlük mövsümöncəsi Superkubok yarışının təşkili üzərində işləyir.
Bildirilir ki, ilk yeni turnir bu il keçirilə bilər. Debüt yarışına ev sahibliyi etmək üçün əsas namizədlərdən biri Əbu-Dabi şəhəridir. Birləşmiş Ərəb Əmirlikləri hazırda Avroliqanın strateji tərəfdaşlarından biri hesab olunur.
İlkin məlumata əsasən, turnirdə bu mövsümün finalçıları olan “Olimpiakos” və “Real”, həmçinin 2025-ci ilin çempionu “Fənərbağça” iştirak edə bilər. Avroliqa rəhbərliyinin yaxın aylarda yeni yarış formatı və iştirakçı komandalarla bağlı rəsmi qərar verməsi gözlənilir.





