Keçmiş ispaniyalı tennisçi Rafael Nadal “Real” klubunun prezidenti vəzifəsinə Florentino Peresin yenidən seçilməsi ilə bağlı fikirlərini bölüşüb.
İyunun 7-də keçirilən seçkilərdə hazırkı klub rəhbəri Florentino Peres səslərin təxminən 65 faizini toplayıb. Seçkilərdə iş adamı Enrique Rikelme də iştirak edib: “Mən səs vermədim. Hər iki namizəd yaxşı kampaniya apardı, amma nəticədə bu demokratiyadır və qalib qalibdir. Mənim fikrimcə, Florentino Peres “Real” tarixində ən yaxşı prezidentdir. Düşünürəm ki, onun missiyası hələ başa çatmayıb”.
Qeyd edək ki, Peres 2000-ci ildən etibarən iki illik fasilə istisna olmaqla Madrid klubuna rəhbərlik edir. Onun prezidentliyi dövründə klub ümumilikdə 36 titul qazanıb. Bunlara 7 dəfə UEFA Çempionlar Liqasının qalibi olmaq, eyni sayda İspaniya çempionluğu, 4 UEFA Superkuboku, 5 İspaniya Superkuboku və 3 Qitələrarası Kubok daxildir. Xatırladaq ki, Rafael Nadal daha əvvəl gələcəkdə “Real”ın prezidenti olmaq ehtimalını istisna etmədiyini açıqlamışdı.





