İyunun 13–14-də Sumqayıtda U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Abşeron-Xızı bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 406 cüdoçu mübarizə aparacaq.
Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.





