Rusiya Hokkey Federasiyası (FHR) milli komandaların beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı məhkəməyə müraciət edəcək.

Bu barədə federasiyanın prezidenti Vladislav Tretyak açıqlama verib. Onun sözlərinə görə, Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) İntizam Şurası Rusiyanın 2026/27 mövsümü üçün yarışlardan kənarlaşdırılması qərarının düzgün əsaslandırılmadığını təsdiqləyib: “Hazırda məhkəməyə müraciət edirik. IIHF-in İntizam Şurası təsdiqlədi ki, bizi düzgün şəkildə uzaqlaşdırmayıblar. Artıq mübarizə aparmaq və daha sərt mövqe nümayiş etdirmək lazımdır”.

Qeyd edək ki, IIHF daha əvvəl 2027-ci il dünya çempionatının qruplarını Rusiya və Belarus yığmalarını nəzərə almadan formalaşdırıb. Rusiyanın beynəlxalq yarışlara mümkün qayıdışı məsələsinin sentyabrda keçiriləcək IIHF Konqresində müzakirə olunacağı gözlənilir.

Shares: