Topaz Premyer Liqasında 10-cu tur sanki ilk dövrənin ümumi mənzərəsini tamamladı. Futbolinfo.az xəbər verir ki, iddialılar yene qələbə qazandı, autsayderlər uduzdu, ortabablar ləngər vurdu.
“Qarabağ” ilk dövrədə böyük hesabla yendiyi “Sumqayıt”a səfərdə də divan tutdu. “Neftçi” isə 3 xal qazanıb zirvəyə şərik olmaq üçün çox əziyyət çəkdi. Şahin Diniyevlə ilk sınağına çıxan “Rəvan” hesabı açdıqdan sonra bir qədər duruş gətirə bilsəydi, bəlkə də rəqibi özünə yeni baş məşqci axtarırdı. Amma Kristian Torres 2 önəmli şansı boşa verincə, “Neftçi” bir az da hakimin meydan sahiblərinə olan rəğbətini arxasına alıb oyunu çevirdi. Amma qeyd edək ki, qələbə “Neftçi”nin haqqı idi. “Rəvan” həm oyunçularının fərdi ustalq səviyyəsinə, həm də fiziki hazırlığına görə rəqibinə uduzdu.
“İnter” – “Qəbələ” görüşü hesabı açanın qalib gələcəyi görüş idi. Oyunda qol vəziyyətləri çox olmadı, rəqiblər daha çox ehtiyatlı oyuna üstünlük verdi. Elə qol da hansisa kombinasiyanın yox, uzaqdan vurulan təsadüfi zərbənin dəqiqliyi sayəsində reallaşdı. Beləcə “İnter” yenidən qeyri-sabitliyini, “Qəbələ” isə iddiasını göstərdi.
“Xəzər Lənkəran” “Simurq”la oyunda hesabda geri düşəndə əksəriyyət bu matçı çevirməyin mümkünsüz olduğunu düşünürdu. Buna səbəb də vardı. Çünki zaqatalalılar elə də asanlıqla qol buraxan komanda deyil. Amma maraqlıdı ki, qol vurmaqda çətinlik çəkən cənublular bunu bacardı. Həm də planlaşdıraraq yox, zədələnib meydanı tərk edən Junior Nildonu əvəz edən Ağabala Ramazanovun sayəsində. Deməli, bu, Con Toşakın məşqçi bacarığının yox, təsadüfün nəticəsi idi.
AZAL – “Bakı” oyunu isə fərqli idi. Oyuna istəkli başlayıb erkən qollarla böyük üstünlük qazanan qonaqlar məhz məşqçi həmlələrindəki fərq sayəsində sonda 1 xala razılaşdı. Əldəki heyətlərə və imkanlara baxıb özünüz qərar verin: bu, Vaqif Sadıqobun bacarığının, yoxsa Milinko Pantiçin bacarıqsızlığının məhsuludu? İnanın ki, serb çalışdırıcının bacarığı ilə “Bakı”nın iddiaları tərs mütənasibdi.
Topaz Premyer Liqası
10-cu tur
Simurq – Xəzər Lənkəran – 1:2
Qollar: Nicat Qurbanov, 7 – Ağabala Ramazanov, 53; Manuel Skarlatake, 64.
Sarı vərəqələr: İdan Vaytsman, 54 (qeyri-idman hərəkəti); 79 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 66 (qeyri-idman hərəkəti); Salif Ballo, 90+2 (qeyri-idman hərəkəti) – Rasim Ramaldanov, 21 (qeyri-idman hərəkəti); Alvaro Silva, 63 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 75 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Duqlas Leite, 90 (oyunun bərpasını gecikdiriyi üçün).
Qırmızı vərəqə: İdan Vaytsman, 79.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 4 dəq.
19 oktyabr 2013. Bakı. “Bayıl Arena”stadionu. 1200 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (22. Salif Ballo, 67), 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov (6. Taqim Novruzov, 74), 18. Tural Axundov (k), 20. İdan Vaytsman, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (19. Orxan Səfiyaroğlu, 42).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 30. Raul Kostin, 62. Cavad Kazımov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 12. Junior Nildo (8. Edu Oriol, 18) (23. Nikola Qliqorov, 87), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 22. Deyvid Sakkoni (7. Sadio Tounkara, 23), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 11. Zohair Benouahi, 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
Neftçi – Rəvan – 2:1
Qollar: Denis Silva, 65; Bahodır Nasimov, 79 – Xuan Manuel Varea, 8.
Sarı vərəqələr: Karlos Kardoso, 36 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 55 (qeyri-idman hərəkəti) – Miloş Adamoviç, 28 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 30 (qeyri-idman hərəkəti); Yamin Ağakərimzadə, 64 (qeyri-idman hərəkəti); Ramazan Abbasov, 73 (qeyri-idman hərəkəti); İvan Pexa, 81 (qeyri-idman hərəkəti); Kristian Torres, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
19 oktyabr 2013. Bakı. “Bakcell Arena”stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 90+1), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (14. Bahodır Nasimov, 46).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 9. Elnur Abdulov (24. Yamin Ağakərimzadə, 46), 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç (8. Frederik Holster, 46), 21. Novruz Məmmədov (k), 23. Kristian Torres, 27. Rəşad Abdullayev (17. Ramazan Abbasov, 66), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 19. Hüseyn Axundov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev
İnter – Qəbələ – 0:1
Qol: Daniel Subotiç, 45+1.
Sarı vərəqələr: Baçana Sxadadze, 23 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 52 (simulyasiya); Samir Zərgərov, 90 (qeyri-idman hərəkəti) – İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 39 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 67 (simulyasiya); Lourival Assis, 87 (qeyri-idman hərəkəti); Dieqo Kosta, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.
19 oktyabr 2013. Bakı. “Şəfa”stadionu. 3000 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (8. Mikel Alvaro, 86), 4. İvan Benites, 7. Ruslan Əmircanov (6. Samir Zərgərov, 83), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov (47. Abdulla Abatsiyev, 64), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (84. Deyan Kelhar, 90+3), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (10. Dodo, 72), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (22. Lourival Assis, 85).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 33. Elvin Camalov.
Baş məşqçi: Yuri Syomin.
Bakı – AZAL – 2:2
Qollar: Rauf Əliyev, 11; 22 – Branislav Arsenyeviç, 29, Yuri Fomenko, 70.
Sarı vərəqələr: Etto, 79 (qeyri-idman hərəkəti) – Aleksandr Şemonayev, 9 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 5 dəq.
20 oktyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 850 tamaşaçı.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (6. Vadim Abdullayev, 64), 11. Rauf Əliyev (k), 12. Etto, 15. Alberto Noquera (19. Marius Pena, 72), 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat (10. Aleksandar Soliç, 88).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 21. Elvin Məmmədov, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (21. Rey Məmmədbəyli, 78), 8. Qərib İbrahimov (30. Yuri Fomenko, 56), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k) (28. Emin Cəfərquliyev, 88), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 14. Habil Nurəhmədov, 16. Freddi Borq.
Baş məşqçi: Vaqif Sadıqov.
Sumqayıt – Qarabağ – 0:3
Qollar: Anar Nəzirov, 5-öz qapısına, Reynaldo Silva, 56. Muarem Muarem, 60.
Sarı vərəqələr: Məhəmməd Mirzəbəyov, 54 (qeyri-idman hərəkəti); Elşən Adbullayev, 74 (qeyri-idman hərəkəti) – Maksim Medevedev, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 3 dəq.
20 oktyabr 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança. 1500 tamaşaçı.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad (11. Ruslan Nəsirli, 66), 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k) (4. Samir Abasov, 76), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (9. Orxan Əliyev, 65), 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
Baş məşqçi: Aqil Məmmədov .
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev (6. Hacı Əhmədov, 20), 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 83), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Corc Leroy, 70. Çumbinyo (17. Vüqar Nadirov, 80).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
| 1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 17 | 4 | 13 | 21 |
| 2 | Neftçi | 10 | 6 | 3 | 1 | 14 | 7 | 7 | 21 |
| 3 | Qəbələ | 10 | 6 | 1 | 3 | 15 | 9 | 6 | 19 |
| 4 | AZAL | 10 | 4 | 3 | 3 | 11 | 13 | -2 | 15 |
| 5 | Bakı | 10 | 4 | 2 | 4 | 18 | 12 | 6 | 14 |
| 6 | XL | 10 | 3 | 4 | 3 | 9 | 10 | -1 | 13 |
| 7 | Simurq | 10 | 3 | 4 | 3 | 9 | 9 | 0 | 13 |
| 8 | İnter | 10 | 3 | 1 | 6 | 16 | 16 | 0 | 10 |
| 9 | Rəvan | 10 | 1 | 3 | 6 | 5 | 21 | -16 | 6 |
| 10 | Sumqayıt | 10 | 1 | 2 | 7 | 5 | 18 | -13 | 5 |
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).





