“Simurq”la oyunda qələbə qazandığımıza görə çox sevinirəm. Ola bilər ki, baxımlı oyun nümayiş etdirə bilmədik. Birinci hissədə yaxşı oynaya bilmədik və hesabda geri düşdük. Lakin ikinci hissədə komanda öz oyun". Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın şərəfini qoruyan Edu Oriol deyib.
 
Qarşılaşmanın 18-ci dəqiqəsində meydana daxil olan Oriol 87-ci dəqiqədə əvəz edilməsinə də münasibət bildirib: "Bu, baş məşqçinin qərarı idi. Oyunun son dəqiqələrində məşqçi mərkəzi gücləndirmək üçün məni meydandan aldı. Yəni bunu sırf taktiki gedişlə əlaqələndirərdim".
 
Bundan başqa ispan futbolçu bir müddət əsas heyətdə olmamağının səbəbini də açıqlayıb: "Bir müddət ölkədən kənardaydım. Viza problemi vardı. Bir həftə məşqlərdən uzaq qaldım. Ondan sonra qanımda virus tapıldı. Bu səbəbdən məşqlərdən bir müddət uzaqlaşdım və bu da mənim əsas heyətdə oynamağıma mane oldu".
 
Sonda isə 26 yaşlı yarımmüdafiəçi Super Kubokla bağlı danışıb: "Bildiyimə görə birinci Super Kubokdu. Ona görə də komanda bu oyuna daha çox həvəslə hazırlaşır. Təbii ki, ilk olduğuna görə kuboku Lənkərana aparmaq istəyirik".
Shares: