Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi "Hannover”in ikinci komandası “Viktoriya”nın (Hamburq) qonağı olub.
Oyun "Hannover”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Hesab 2-ci dəqiqədə açılıb. Gökdemir isə 12-ci dəqiqədə matçın ikinci qolunu vurub.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Hannover”in ikinci komandası 12 oyundan sonra 14 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





