Bu gün 2014-cü ildə Braziliyada baş tutacaq Dünya Çempionatına Avropa zonası üzrə son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Futbolinfo.az xəbər verir ki, püşkatmada 8 ölkə iki səbətdə yer alacaq – səpələnmişlər və səpələnməmişlər.
 
Azərbaycan millisinin də mübarizə apardığı F qrupunda ikinci olan Portuqaliya yığması səpələnmişlər səbətində öz rəqibini gözləyəcək. E qrupunda pley-off mərhələsinin debütantı İslandiya isə səpələnməmişlərdə yer alacaq.
 
Səpələnmişlər: Portuqaliya, Yunanıstan, Xorvatiya, Ukrayna.
Səpələnməmişlər: Fransa, İsveç, Rumıniya, İslandiya.
 
Digər Avropa təmsilçiləri Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya və debütant Bosniya artıq Braziliyaya vəsiqəni təmin edib. İngiltərə və İspaniya yığması isə birbaşa olaraq iyunun 12-dən iyulun 13-nə qədər Braziliyada mübarizə aparacaq.
 
Püşkatma mərasimi bu gün Bakı vaxtilə 17:00-da keçiriləcək.
Shares: