“Simurq”un gənc futbolçusu Rəşad Eyyubovun futbolinfo.az saytına müsahibəsi
 
– Öncə “Xəzər Lənkəran”la oyun haqda fikilərinizi bilmək istərdik. Necə oldu ki, hesabı açdığınız oyunu məğlub başa vurdunuz?
– Biz oyuna çox yaxşı başlamışdıq. Erkən qol vurduq. Qoldan sonra da imkanlarımız oldu. Ancaq ikinci hissədə hər şey dəyişdi.  Heç nə baş verdiyini anlamadım. Belə oyunda xal itirmək ağır gəlir.
 
– Bu məğlubiyyətə layiq deyildiz?
– Birmənalı şəkildə yox!
 
– Bəs məğlubiyyətin günahı kimdədi?
– Əlbəttəki, özümüzdə. İkinci hissənin əvvəlində üstünlüyü əldən verdik.
 
– Çox vaxt komandalar məğlubiyyətdən sonra günahı hakimin üzərinə yıxırlar…
– Hakimlər haqda danışmaq, onları günahlandırmaq mənim işim deyil.  Mənim işim futbol oynamaqdı.
 
– Çoxları “Simurq”u “İnter”ın “kiçik qardaş”ı olmaqda təqsirləndirir. Onlara cavabın var?
– Mənə elə gəlir ki, biz öz oyunumuzla elə insanlara cavab verdik.
 
– Bu mövsüm hansı komandanı ən güclü hesab edirsiz?
– Düzünü desəm, bu mövsüm öz komandamı ən güclü hesab edirəm.
 
– Qarşıdakı oyunlardan hansı nəticəni gözləyirsiz? Hansı komanda ilə oyun sizin üçün çətin olacaq?
– Hər oyuna qələbə əzmi ilə çıxmaq lazımdı. Hər bir oyun ağır olacaq.
 
– Millimizin DÇ-2014-ün seçmə mərhələsində son nəticələri haqda fikirlərini bilmək istərdik…
– Burada nəsə deməyə ehtiyyac yoxdu. Halal olsun futbolçularımıza.
 
– Sizcə, Foqts bu 6 ildə Azərbaycan futboluna nəsə verib?
– Berti Foqts kimi məşqçinin karyerası ilə bağlı mənim şərh verməyim düzgün çıxmaz.
 
RÖYA KƏRİMLİ
Shares: