“Milan” və İtaliya millisinin keçmiş oyunçusu və hazırda Kanadanın "Montreal İmpakt" klubunda forma geyən Alessandro Nesta futbolçu karyerasını başa vurmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, 37 yaşlı müdafiəçi qarşıdakı həftə butslarını mıxdan asacağını vurğulayıb.
 
Nesta qarşıdakı illərdə baş məşqçi işləmək fikrində olduğunu bildirib.
 
Qeyd edək ki, italyan müdafiəçi peşəkar futbola 1993-ci ildə "Latsio"da başlayıb.  O, karyerası ərzində 101 dəfə Çempionlar Liqası, 407 dəfə A seriyasında forma geyib. Nesta İtaliya millisi ilə isə 78 oyunda iştirak edib.
Shares: