Super Kubokun iştirakçılarından biri – “Xəzər Lənkəran” artıq matçın keçiriləcəyi Naxçıvan şəhərindədi. Futbolinfo.az saytına az öncə klubdan daxil olan məlumata görə, artıq komanda üzvləri “Düzdağ” otelinə yerləşib.
 
Cənublular Naxçıvana tam heyətlə yollanıb. Hətta zədəli olan Junior Nildo da komandasını tək buraxmayıb. Baxmayaraq ki, o, “Neftçi”yə qarşı oyunda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək qarşılaşma oktyabrın 23-də keçiriləcək. “Neftçi” isə Muxtar Respublikaya sabah yola düşəcək.
Shares: