Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün səhər Türkiyəyə yola düşüb. Futbolinfo.az xəbər verir ki, qolkiper millinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya (1:1) ilə keçirilən matçda zədələnmişdi.
Ağayev qardaş ölkədə əməliyyat olunacaq. Bu məqsədlə o, bu gün qardaş ölkəyə yola düşüb. "Bakı"nın şərəfini qoruyan 27 yaşlı qapıçı təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, zədə səbəbi ilə Kamran Topaz Premyer Liqasının 10-cu turunda keçirilən "Bakı" – AZAL (2:2) qarşılaşmasını tribunadan izləyib.





