Türkiyənin “Dənizlispor” klubunun azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu PTT 1-ci Liqanın 10-cu turu çərçivəsində “Orduspora” qarşı keçiriləcək oyunda iştirak etməyə bilər. Futbolinfo.az xəbər verir ki, Yunisoğlu ötən gün baş tutan “Mersin İdmanyurdu” ilə oyunda zədələnib.
 
Saşa sabah tibbi müayinədən keçəcək. Onun Branimir Subaşiçin komandasına qarşı oynamaq şanslarına yalnız ondan sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Mersin İdmanyurdu” ilə qarşılaşma “Dənizlispor”un 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Həmin oyunda bu komandanın digər azərbaycanlı futbolçusu Arif İsayev zədə səbəbindən oynaya bilməmişdi. Onun “Orduspor”a qarşı da forma geyməsi gözlənilmir. (azerisport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp