Gəncənin “Kəpəz” klubunun bundan sonra MMC şəklində fəaliyyət göstərəcəyi barədə xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Gəncə təmsilçisinin rəhbəri Mehman Allahverdiyevlə əlaqə saxladıq.
 
Klub prezidenti futbolinfo.az saytına açıqlamasında gələcək planlarından da söz açıb: "Bu haqda hələ ki, məlumatım yoxdu. Amma inanıram ki, hər şey yaxşı olacaq. Gələcək planlarımızda belə bir iş görmək var. Gəncə respublikanın ikinci şəhəridi, "Kəpəz" isə tanınmış klubdu. Komandanı saxlayırıq. Burda məqsəd iş görməkdi və bunu hamı gördü. Komandamızın necə yığılmağı hər kəsə məlumdu. Demək olar ki, son anda "Kəpəz" yarandı. İnşallah, ikinci dövrədən yaxşı komanda formalaşdıracağıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp