Sabah Azərbaycan Super Kuboku uğrunda Naxçıvanda "Xəzər Lənkaran"la qarşılaşacaq “Neftçi” azarkeşləri artıq adı çəkilən bölgədədi. Paytaxt klubunun “Forza Neftçi” fan-klubundan futbolinfo.az saytına verilən məlumata görə Muxtar Respublikaya ümumilikdə 30 nəfər yola düşüb.
 
Belə ki, azarkeşlərin 15 nəfəri təyyarə ilə yola düşüb. Artıq onlar Naxçıvandadı. Digər 15 nəfər isə avtobus vasitəsilə Muxtar Respublikaya səfər edib. Lakin onlar hələ Naxçıvana çatmayıb. Fan-klubun harda qalacağı isə hələ dəqiqləşməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp