Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“İnter” – “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Neftçi” – “Rəvan” matçında “Rəvan”ın 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Simurq” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçın 79-cu dəqiqəsində “Simurq”un futbolçusu İdan Vaytsman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp