Az öncə Super Kubok oyunu başa çatdı və “Xəzər Lənkəran” 10 illiyində “Neftçi”ni məğlub edərək muzeyinə yeni titul apardı. Oyundan sonra qalib komandanın vitse-prezidenti Tuyqun Nadirov sevincini futbolinfo.az saytı ilə bölüşüb:
“Çox sevinirəm ki, oyundan qalib ayrıldıq. Uşaqlara təşəkkür edirəm. Düzdü, oyunda hakim qərəzi oldu. Azarkeşlərə dəstəyə görə, təşəkkürümü bildirirəm. Klubun prezidenti səhər iclas keçirmişdi. İclasda bizə hakim qərəzi ola biləcəyini, azlıqda qalmaq kimi hallar baş verəcəyini demişdi. Yenə də sağ olsun uşaqlar, heç nəyə baxmayaraq kuboku “Xəzər Lənkəran”a qazandırdılar”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp